“Şaxtyor Soliqorsk” klubu tarixində ikinci dəfə Belarus çempionu olub
Futbol üzrə Belarus çempionatına yekun vurulub.

Çempion sonuncu - 30-cu turun oyunlarından sonra müəyyənləşib. Son turda Soliqorsk “Şaxtyor”u doğma meydanda “Minsk”ə qalib gəlib - 4:2. Bu qələbə ilə Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 59 xalla ölkə çempionu olub.

BATE 58 xalla ikinci, 56 xala malik “Torpedo” isə üçüncü pillədə qərarlaşıblar.

“Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.

Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.

Xəbər 472 dəfə oxundu.