“Skilling Open”in finalında Maqnus Karlsen və Uesli So növbəti oyunda mübarizə aparacaqlar
Noyabrın 30-da “Skilling Open” onlayn şahmat superturnirinin final oyununun ikinci matçı keçiriləcək.

Həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So mübarizə aparacaqlar. Final çərçivəsində şahmatçıların birinci matçı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.


Xəbər 380 dəfə oxundu.