Luis Hamilton Bəhreyn Qran-Prisinin qalibi olub
Noyabrın 27-dən 29-dək Formula 1 üzrə dünya çempionatında Bəhreyn Qran-Prisi keçirilib. Mövsümün sayca 15-ci yarışı Sahir dairəsində baş tutub.

57 dövrəlik mübarizənin qalibi "Mercedes" komandasının pilotu Luis Hamilton olub. O, bununla da mövsümün on birinci qələbəsini qazanıb. İkinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. “Red Bull” un britaniyalı pilotu Aleksandr Albon ilk üçlüyü qapayıb.

Pilotların mübarizəsində Luis Hamilton 332 xalla birinci, Valtteri Bottas 201 xalla ikinci, Maks Ferstappen 189 xalla üçüncü yerdə qərarlaşıb.

Konstruktorların kubokuna “Mercedes” 533 xalla liderlik edir. “Red Bull Racing” 274 xalla ikinci, “McLaren” isə 171 xalla üçüncü yerdədir.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi, Sahir Qran-Prisi 4-6 dekabr tarixlərində baş tutacaq.

Xəbər 535 dəfə oxundu.