Azərbaycan Premyer Liqası: “Keşlə” öz meydanında heç-heçə edib | |
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. "Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 54-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. Dörd dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub. Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq. Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq. |
|
Xəbər 360 dəfə oxundu. |
|
|