Qarabağın işğaldan azad edilmiş ərazilərində voleybolun kütləviliyinə xüsusi diqqət yetiriləcək
Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.

Bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib. C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.

Xəbər 466 dəfə oxundu.