Azərbaycan Voleybol Federasiyasının üç əməkdaşı CEV komissiyalarına üzv seçiliblər
Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib.

Dünyanı bürümüş COVID-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.
AVF-nin baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib.

AVF-nin 3 əməkdaşı - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova - Avrokuboklar Komissiyasına, federasiyanın həkimi Vüsalə Kazımova - Avropa Tibb Komissiyasına, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Xəbər 443 dəfə oxundu.