Azərbaycan AOK-un Baş Assambleyasında təmsil olunub
Noyabrın 27-də Avropa Olimpiya Komitəsinin 49-cu Baş Assambleyası keçirilib. Assambleyada ölkəmizi AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırovdan ibarət nümayəndə heyəti təmsil ediblər. Tədbirdə həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak edib.

COVİD-19 pandemiyası səbəbi ilə görüş videokonfrans formatında təşkil olunub. AOK-un Baş Assambleyası çərçivəsində “V Pyotr Nurovski”mükafatı üçün 5 namizədin də seçimi başa çatıb.


Xəbər 431 dəfə oxundu.