“Qəbələ” yoxlama oyununu keçirib
“Qəbələ” Sloveniyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Fatih Kavlakın baş məşqçisi olduğu komanda Çexiyanın II dəstə təmsilçisi “Karvina” ilə üzləşib. Matç qəbələlilərin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, “Qəbələ” iyulun 27-dək davam edəcək hazırlıq prosesində daha 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Xəbər 914 dəfə oxundu.