Bədii gimnastika üzrə millimiz Avropa çempionatında 2 medal qazandı
Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında çöxnövçülük üzrə qrup hərəkətlərində medallar sahibini tapıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər.

Onlar iki kompozisiyanın yekununda hakimlərdən 31.700 xal alıblar. Dünənki nəticə (34.600) ilə birlikdə ümumilikdə 66.300 xal toplayan komanda yekunda gümüş medal qazanıb. Qızıl medal İsrailə, bürünc medal isə Ukraynaya qismət olub.

Həmçinin yeniyetmə və qrup nəticələrinə əsasən Azərbaycan yığması 3-cü yeri tutub.

Xəbər 607 dəfə oxundu.