"Araz" klubu AEK ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
Futzal üzrə Azərbaycan çempionu "Araz" Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstanın AEK klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Siyahıda 3 qapıçı, 7 müdafiəçi və 10 hücumçu yer alıb.

İştirak ərizəsinə qapıçılar - Həmid Rəşidi, Rövşən Hüseynli, Emin Kürdov, müdafiəçilər - Oktay Rüstəmli, Nihad İsmayılov, Oruc Baxşəlizadə, Rizvan Fərzəliyev, Əmir Şojaei, Murilo Borqes Souza, Abdulrahman Sarani, hücumçular - Kənan Manafov, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Tofiq Mikayılov, Fineo, Xətai Bağırov, İsa Atayev, Samir Həmzəyev, Nurlan Mehdizadə və Hadı Əhmədinin adı daxil edilib.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək AEK - "Araz" qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi 1 oyunla müəyyənləşəcək.

Xəbər 428 dəfə oxundu.