Türkiyədə sürpriz baş məşqçi istefası gerçəkləşib
Türkiyədə sürpriz baş məşqçi istefası gerçəkləşib.

Super Liqa təmsilçisi “Kasımpaşa”nın baş məşqçisi İrfan Buz tutduğu vəzifəsindən ayrıldığını açıqlayıb. Rəhbərliklə fikir ayrılığı yaşayan 53 yaşlı mütəxəssis komandada qalmağın mənasız olduğunu düşünərək bu qərarı verib.

İ.Buz baş məşqçi postuna noyabrın 13-də Mehmet Altıparmakın yerinə gəlmişdi. Bu isə o deməkdir ki, baş məşqçi komandada cəmi iki həftə işləyə bilib.

Xəbər 465 dəfə oxundu.