Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti döyüşünü keçirəcək
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar boksda növbəti döyüşünü keçirəcək.

O, noyabrın 27-də peşəkar rinqdə 3-cü döyüşünə çıxacaq. Boksçumuzun rəqibi Puerto Riko idmançısı Sahret Delqado olacaq.

Qeyd edək ki, həvəskarlar arasında üçqat dünya çempionu, Olimpiya mükafatçısı peşəkar boksda 2 döyüş keçirib, hər ikisində qalib gəlib.

Xəbər 479 dəfə oxundu.