Avropa çempionatına yekun vurulub
19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına yekun vurulub. Idman.com.az saytının məlumatına görə, Estoniyada keçirilən final mərhələsinin həlledici oyununda İspaniya və Yunanıstan yığmaları qarşılaşıb. Bu ayın əvvəlində əsas komandası qitə çempionu olan pireneylilər U-19-ların yarışında da qitənin ən güclüsü olub. İspaniya qələbəni Rodrigesin 80-ci dəqiqədəki qolu ilə qeyd edib.

Xəbər 1025 dəfə oxundu.