Suya tullanma üzrə dünya seriyasının mərhələ yarışı Kazanda keçiriləcək
Martın 19-21-də Kazanda suya tullanma üzrə dünya seriyasının mərhələ yarışları keçiriləcək.

Bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) mətbuat xidməti məlumat verib.

Keçən mövsüm Kazanda keçirilməli olan mərhələ yarışı koronavirus pandemiyası səbəbindən ləğv edilib. 2021-ci ildə dünya seriyasının digər mərhələ yarışları Çinin Çjuxae (26-28 fevral), Çian (5-7 mart) və Kanadanın Monreal (5-7 mart) şəhərlərində baş tutacaq.

Xəbər 524 dəfə oxundu.