Azərbaycan millisi beşinci səbətdə yer alıb
Dekabrın 7-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması olacaq.

FIFA-nın noyabr ayrı üzrə açıqladığı reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Ötən ayla müqayisədə 5 pillə irəliləyən Azərbaycan milli komandası 5-ci səbətdə yer alıb. Püşkə əsasən beş qrupda 6, digər beş qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək.

Xəbər 370 dəfə oxundu.