WTF qarışıq komanda yarışlarının “Paris-2024”ün proqramına daxil edilməsi üçün təklif hazırlayır
Dünya Taekvondo Federasiyası (WTF) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) qarışıq komanda yarışlarının “Paris-2024” Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün təklif hazırlayır.

Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində WTF analoji təşəbbüslə çıxış etsə də, nə yarışın Təşkilat Komitəsi, nə də BOK tərəfindən dəstəklənməyib. WTF Şurasının onlayn iclası zamanı BOK üzvləri Paris Oyunları üçün tədbirlər cədvəlinin formalaşdırılması ilə bağlı müzakirələr aparıblar.

Tokioda keçiriləcək Olimpiya Oyunları ilə bağlı məsələlərin müzakirəsi zamanı WTF rəhbəri Çunqvon Ço Oyunlar ərəfəsində Yaponiyanın paytaxtında Qran-Pri turnirini keçirmək istədiyini bildirib. Ç.Ço noyabrın 27-28-də Səudiyyə Ərəbistanının Gender Bərabərliyi və Qadın Liderliyi Forumu çərçivəsində keçirilməsi planlaşdırılan qadınlar arasında açıq çempionata yüksək səviyyədə ev sahibliyi edəcəyinə ümid bəslədiyini də bildirib.

Xəbər 443 dəfə oxundu.