Çinin iki şəhəri 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Çinin Çendu və Çunçin şəhərləri 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına birgə ev sahibliyi etmək istəyir.

Bu barədə “China Daily” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Çendu və Çunçin Olimpiya Oyunlarının keçirilməsi üçün ev sahibliyi uğrunda yarışa qoşulacaqlar.

Siçuan vilayətinin paytaxtı olan Çendu və yaxınlıqdakı Çunçin şəhəri Çinin inkişaf etmiş iri şəhərlərindəndir.

Qeyd edək ki, Çin paytaxtı 2008-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Pekin yaxınlıqdakı Canciakou şəhəri ilə birgə 2022-ci ildə Qış Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.

Xəbər 432 dəfə oxundu.