“Skilling Open” şahmat turnirinin yarımfinal oyunları keçiriləcək
“Skilling Open” onlayn şahmat superturniri davam edir.

Turnirin yarımfinalında Maqnus Karlsen (Norveç) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura isə Uesli So (hər ikisi ABŞ) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutan turnir “Champions Chess Tour” seriyasına daxil olan turnirin mükafat fondu 1,5 milyon dollardır.

Xəbər 383 dəfə oxundu.