AİPS seçkiləri təxirə saldı
Beynəlxalq idman jurnalistləri təşkilatı – AİPS-in İcraiyyə Komitəsinə və rəhbər vəzifələrinə seçkilər pandemiya səbəbindən 2022-ci ilədək təxirə salındı. AİPS İcraiyyə Komitəsinin dünən keçirilən iclasında bu barədə qərar qəbul edilib. Beləliklə, seçkilər 2022-ci il mart ayının ilk yarısında İtaliyada təşkil ediləcək.

Lakin AİPS Media Avards mükafat mərasimi isə gələn il martın
əvvəllərində virtual olaraq keçiriləcək.

Xəbər 457 dəfə oxundu.