“Skillinq Open” turniri: Teymur Rəcəbov yarımfinala doğru irəliləyir
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Skillinq Open” onlayn şahmat superturnirinin dörddəbir final mərhələsinə uğurla start verib.

Noyabrın 26-da Bakı vaxtı ilə saat 22:30-da başlayacaq amerikalı Uesli So ilə cavab matçında T.Rəcəbov məğlub olmayacağı təqdirdə birbaşa yarımfinala yüksələcək.

Qeyd edək ki, şahmatçımız ilk görüşündə U.Soya 2,5:0,5 hesabla qalib gəlib.

Digər matçlarda Aniş Giri (Niderland) Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) Maksim Vaşe-Laqrav (Fransa), Yan Nepomnyaşi (Rusiya) Levon Aronyanla (Ermənistan) qarşılaşacaqlar.

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutan turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollardır.

Xəbər 403 dəfə oxundu.