“Qəbələ” “Karvina” ilə oynayacaq
Sloveniyada hazırlığını davam etdirən “Qəbələ”nin ilk yoxlama oyununda rəqibi müəyyənləşib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qəbələlilər bu gün Bakı vaxtı ilə saat 21:00-da Çex Respublikasınln təmsilçisi “Karvina” ilə oynayacaq.

Rəqib 2003-cü ildə yaradılsa da, 1921-ci ildə əsası qoyulmuş “Fristat”ın varisi hesab olunur. O, Çexiya 2-ci liqasında çıxış edir.
Qeyd edək ki, “Qəbələ” 14 günlük təlim-məşq toplanışı müddətində ən azı 5 rəqiblə üzləşəcək.

Xəbər 871 dəfə oxundu.