Paralimpiadanın 6-cı turunda şahmatçılarımız Şimali Makedoniya təmsilçiləri ilə mübarizə aparacaqlar
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə onlayn Paralimpiadanın 6-cı turunun oyunları keçiriləcək.

6-cı turda Azərbaycan komandası Şimali Makedoniya yığması ilə mübarizə aparacaq. Qeyd edək ki, ötən turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Qazaxıstan yığması ilə heç-heçə edib, Hindistan və Çili yığmalarına məğlub olub.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 464 dəfə oxundu.