Bu gün Kiyevdə azərbaycanlı gimnastların da iştirak edəcəyi Avropa çempionatı start götürəcək
Noyabrın 26-da Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək.

Noyabrın 29-dək keçiriləcək qitə birinciliyində Azərbaycanı 11 idmançı təmsil edəcək. Çempionatda böyüklərin yarışında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova mübarizə aparacaqlar. Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova isə yeniyetmələr arasında güclərini sınayacaqlar.

Avropa çempionatına 23 ölkədən 24 böyük, 57 yeniyetmə gimnast, 6 qrup hərəkətləri komandası qatılacaq.

Xəbər 452 dəfə oxundu.