Azərbaycan şahmatçıları Qazaxıstan yığması ilə görüşdə heç-heçə ediblər
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın 5-ci turuna yekun vurulub.

5-ci turda komandamızın Qazaxıstan yığması ilə qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Ötən turların yekunlarına əsasən, yığmamız 5 xalla 27-ci sırada qərarlaşıb. Əvvəlki turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Hindistan və Çili yığmalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 407 dəfə oxundu.