Şahmat üzrə onlayn Paralimpiadada yığmamız Qazaxıstan komandası ilə mübarizə aparır
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın 5-ci turunun oyunları start götürüb.

5-ci turda Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevadan ibarət Azərbaycan yığması Qazaxıstan komandası ilə mübarizəyə başlayıb. Ötən turların yekunlarına əsasən, komandamız 4 xalla 26-cı sırada qərarlaşıb.

Əvvəlki turlarda şahmatçılarımız Monqolustan və Kosta-Rika təmsilçiləri üzərində qələbə qazanıb, Hindistan və Çili yığmalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 398 dəfə oxundu.