Rumıniyanın 3 atletinin London Olimpiadasındakı nəticələri ləğv edilib
Dopinq testlərini yenidən yoxlayan Beynəlxalq Olimpiya Komitəsi (BOK) üç rumıniyalı ağır atletin 2012-ci il London Olimpiadasındakı nəticələrini ləğv edib.

Bu barədə BOK-un mətbuat xidməti məlumat verib. İdmançıların qadağan edilmiş preparatlardan istifadə etdikləri bildirilib.

Beynəlxalq Ağır Atletika Federasiyasının əlavə sanksiya tətbiq etmək hüququ var.

Xəbər 408 dəfə oxundu.