“Neftçi” Çempionlar Liqasına hansı futbolçuları sifariş edib?
“Neftçi” Azərbaycanı ardıcıl 2-ci mövsüm təmsil edəcəyi Çempionlar Liqası (ÇL) üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. İdman.com.az saytının məlumatına görə, mübarizəyə II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə duellə başlayacaq çempionun heyətində 23 futbolçu var. Komandanın gənc futbolçularından Tərlan Quliyevlə Araz Abdullayev icarədən qayıdıblar. Üçüncü qapıçı olan Emil Balayev Tərlanla ötən mövsüm “Sumqayıt”da komanda yoldaşı olub və 19 yaşlılardan ibarət yığmamızın üzvüdür.

Bakılıların ötən ilin qışında transfer etdiyi braziliyalı yarımmüdafiəçi Rodriqinyo da iştirak ərizəsində yer alıb. Ötən mövsüm məhz ÇL-də Liqasında Zaqreb “Dinamos”u ilə Bakıdakı oyunda ağır zədələndikdən sonra ötən mövsüm yaşıl meydandan kənarda qaldı. Artıq hazırlığa başlayan təcrübəli futbolçu yenə Avropanın ən nüfuzlu turnirində “Neftçi”nin heyətində olacaq. Saşa Yunioğlu, Bruno Bertuççu, Rəşad Sadiqov, Julius Vobay, Erik Ramos, Nikolas Kanales çempionun mövsümlərarası fasilədə transfer etdiyi futbolçulardır.


Qapıçılar: 1. Rauf Mehdiyev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç

Müdafiəçilər: 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 32. Bruno Bertuççu, 32. Elvin Yunuszadə

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Rodriqinyu, 9. Flavinyu, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev

Hücumçular: 8. Elşən Abdullayev, 11. Nikolas Kanales, 14. Bahodir Nasimov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev, 29. İlham Allahverdiyev

Qeyd edək ki, “Neftçi” Gürcüstan çempionu ilə ilk oyununu iyulun 17-də saat 21:00-da “Dalğa Arena”da keçirəcək.

Xəbər 962 dəfə oxundu.