Azərbaycanın qadın qılıncoynadanları Rusiyada keçirilən turnirdə iki medal qazanıblar
Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvləri Valeriya Bolşekova və Anna Başta Rusiyada keçirilən açıq turnirdə mükafatçılar sırasında yer alıblar.

İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən turnirdə Valeriya Bolşakova gümüş, Anna Başta isə bürünc medal qazanıblar. Turnirin finalına kimi irəliləməyi bacaran Valeriya Bolşakova həlledici görüşdə Svetlana Şevelevaya 8:15 hesabı ilə uduzaraq 32 qadın sablyaçı arasında ikinci olub. Digər sablyaçımız Anna Başta isə yarımfinalda turnirin qalibi Svetlana Şevelevaya 11:15 hesabı ilə məğlub olaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Turnirdə ev sahibi Rusiya ilə yanaşı, Azərbaycan və Özbəkistanın qadın sablyaçıların da iştirak ediblər.

Xəbər 431 dəfə oxundu.