“Qarabağ” – “Sivasspor” oyununun hakimləri açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Sivasspor” (Türkiyə) oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yakob Kehlet olacaq. Ona Heine Sorensen və Lars Hummelgaard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yens Maee yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 26-da, Bakı vaxtı ilə saat 21:55-də, İstanbulda “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək.

Xəbər 356 dəfə oxundu.