Türkiyə Formula 1 Qran-Prisini gələn il də təşkil etməyə hazırdır
Formula 1 Türkiyə Qran-Prisinin promouteri Sadi Hezber “Auto Hebdo” portalına verdiyi müsahibədə yarışın bu il keçirilməsi təşəbbüsünü şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyünü bildirib.

S.Hezber koronavirus pandemiyası səbəbindən bu il belə bir fürsətin yarandığını və hələ apreldə Çini əvəz etməyi təklif etdiklərini də vurğulayıb. O, qeyd edib ki, Türkiyə Formula 1 Qran-Prisini gələn il də təşkil etməyə hazırdır.

Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Liberty Media” 23 mərhələdən ibarət olan 2021-ci il mövsümünün təqvimini açıqlayıb. Bunlardan dördüncüsünün aprelin 25-də Vyetnamda keçirilməsi planlaşdırılsa da, yarışın əsas təşəbbüskarlarından birinin həbs olunmasından sonra ölkə təqvimdən çıxıb. Hazırda Formula 1 dördüncü mərhələnin təşkili ilə bağlı müxtəlif variantları araşdırır. Yarışa ev sahibliyi etmək istəyən ölkələr arasında İstanbulla yanaşı, İmolanın da adı çəkilir.

Xəbər 420 dəfə oxundu.