“Qarabağ”ın rəqibində koronavirusa yoluxma halı aşkarlanıb
UEFA Avropa Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan Türkiyənin “Sivasspor” komandasında koronavirusa yoluxma halı aşkarlanıb.

Komandanın məşqçisi və 2 futbolçusunun COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Karantinə alınan şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, bununla da, komandada koronavirusa yoluxanların sayı 7-yə çatıb.

Xəbər 299 dəfə oxundu.