Şahmat üzrə onlayn Paralimpiadada Azərbaycan komandası növbəti qələbəsini qazanıb
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadada Azərbaycan komandası daha bir qələbə qazanıb.

Turnirin 4-cü turunda Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayevadan ibarət yığmamız Kosta-Rika komandasını 4:0 hesabı ilə məğlub edib.

Əvvəlki turlarda Monqolustan təmsilçiləri üzərində qələbə qazanan şahmatçılarımız daha sonra Hindistan və Çili yığmalarına məğlub olublar.

Yeddi turdan ibarət yarış İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 340 dəfə oxundu.