Zlatan İbrahimoviç on ikinci dəfə İsveçin ən yaxşı futbolçusu seçilib
İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç ölkəsi İsveçdə 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.

Bununla da 39 yaşlı hücumçu 12-ci dəfə İsveçdə “Qızıl top”un sahibi olub. Bu isə rekord göstəricidir.

İsveç “Qızıl top”u 1946-cı ildən bəri İsveç Futbol Federasiyası ilə ortaq şəkildə “Afronbladet” tərəfindən verilir.

Qeyd edək ki, İbrahimoviç bundan əvvəl 2005-ci ildə, 2007-2016-cı illərdə ardıcıl 10 dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Xəbər 452 dəfə oxundu.