Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin iki iştirakçısı bəlli olub
Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

E qrupunda İngiltərənin "Çelsi" klubu Fransanın "Renn" komandasını, İspaniyanın "Sevilya" klubu isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edib.

Qazanılan qələbədən sonra "Çelsi" və "Sevilya" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıblar.

Bu nəticədən sonra "Çelsi" və "Sevilya"nın 10 xalı var.

"Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

Xəbər 518 dəfə oxundu.