İlk dəfə Formula E yarışı gecə keçiriləcək
2020-2021-ci il mövsümündə ilk dəfə Formula E yarışı gecə təşkil olunacaq.

Əd-Diriyah trası bərpa olunan enerji mənbələri ilə işləyən az enerjili ledlərlə işıqlandırılacaq. Formula E-nin idman direktoru Alberto Lonqo Səudiyyə Ərəbistanı ilə birgə ilk gecə yarışına ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib.

Yarış fevralın 26-27-də baş tutacaq. Yarışın tamaşaçıların iştirakı ilə keçirilməsi planlaşdırılır.

Xəbər 421 dəfə oxundu.