“Skilling Open”: Teymur Rəcəbov növbəti 5 turda mübarizə aparacaq
“Champions Chess Tour” çərçivəsində keçirilən onlayn “Skilling Open” turnirində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşlərini keçirir.

Şahmatçımız bu gün son 5 turda mübarizə aparacaq. Belə ki, o, əvvəlcə rusiyalı Sergey Karyakin, sonra amerikalı Hikaru Nakamura, daha sonra vyetnamlı Le Quanq Liemlə oynayacaq. Günün son qarşılaşmalarını isə Vidit Quyrati (Hindistan) və Uesli So (ABŞ) ilə keçirəcək.

Qeyd edək ki, şahmatçımız əvvəlki iki günün yekununda 5 xal toplayıb və 8-ci yerdə qərarlaşıb. Hollandiyalı Aniş Giri 6,5 xalla liderliyini davam etdirir.

Xəbər 392 dəfə oxundu.