AFFA iki klubu cərimələyib
AFFA İntizam Komitəsi iki klubu cərimələyib.

“Sumqayıt” və “Zirə” klubları 800 manat məbləğində cərimələnib. “Sumqayıt” komandası Premyer Liqanın X turunda səfərdə “Qarabağ”a 1:6 hesabı ilə uduzduğu matçda 4 futbolçusu sarı vərəqə alıb.

Komitə “Zirə” klubuna da eyni cəzanı verib. Qəsəbə təmsilçisinin 4 oyunçusu “Keşlə”yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda sarı vərəqə alıb.

Xəbər 397 dəfə oxundu.