Şahmatçılarımız onlayn paralimpiadada Çili yığması ilə qarşılaşıblar
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn paralimpiada davam edir.

Turnirdə iştirak edən Azərbaycan komandası üçüncü turda Çili yığması ilə gücünü sınayıb. Şahmatçılarımızdan yalnız Aydın Şahpələngov qələbə qazanıb. Digər təmsilçilərimiz - Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayeva rəqiblərinə məğlub olublar. Beləliklə, komandamız 3-cü turda 1:3 hesabı ilə məğlub olub.

Ötən iki turda komandamız Hindistan yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda eyni hesabla Monqolustan komandasına qalib gəlib.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir.

Xəbər 421 dəfə oxundu.