Avropa çempionatında Azərbaycanı 11 bədii gimnast təmsil edəcək
Noyabrın 26-29-da Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

Qitə birincilyində Azərbaycanı 11 idmançı təmsil edəcək.
Çempionatda böyüklərin yarışında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova çıxış edəcəklər. Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində güclərini sınayacaqlar.
Çempionatda 23 ölkədən 24 böyük, 57 yeniyetmə gimnast, 6 qrup hərəkətləri komandası çıxış edəcək.

Xəbər 441 dəfə oxundu.