"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi
Türkiyənin "Qalatasaray" klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.

İstanbul təmsilçisi rəsmi tvitter hesabında bunları yazıb:

"Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağı da asın" deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Qalatasaray"lılıq ölməz".

Report.az

Xəbər 374 dəfə oxundu.