AEK – “Zorya” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək AEK (Yunanıstan) – “Zorya” (Ukrayna) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, AEK – “Zorya” matçı noyabrın 26-da Afinada keçiriləcək.

Xəbər 306 dəfə oxundu.