Niko Rosberq dünyanın ən güclü 4 pilotunun adını açıqlayıb
Tarixin ən güclü pilotunu seçmək mümkün deyil. Dünyanın ən yaxşı sürücüləri olan Xuan Manuel Fanxio, Ayrton Senna, Mixail Şumaxer, Luis Hamiltonun hər birinin öz yolu var və bu, heyrətamizdir.

2016-cı ildə Formula 1 üzrə dünya çempionatının qalibi Niko Rosberq dünyanın ən güclü pilotunu seçməklə bağlı fikrə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, L.Hamiltonun uğuru heyrətamizdir. Heç kim düşünə bilməzdi ki, kimsə M.Şumaxerin nailiyyətini təkrarlaya bilər.
Xatırladaq ki, Formula 1 Türkiyə Qran-Prisində L.Hamilton yeddinci dəfə dünya çempionu adını qazanaraq əfsanəvi pilot M.Şumaxerin uğurunu təkrarlayıb.

Xəbər 496 dəfə oxundu.