“Qəbələ”nin sabiq futbolçusu Rumıniya kluba ilə müqavilə imzalayıb
“Qəbələ” klubu ilə yollarını ayıran futbolçu İvitsa Juniçin yeni komandası müəyyənləşib.

Müdafiəçi Rumıniyanın ÇFR (Kluj) klubu ilə müqavilə imzalayıb.

Xorvatiyalı oyunçunun müqaviləsinin müddəti və detalları açıqlanmayıb.

Qeyd edək ki, futbolçu “Qəbələ”də 2019/2020-ci il mövsümündə oynayıb.

Xəbər 415 dəfə oxundu.