“Neftçi” klubu rekordunu yeniləyib
Bakının “Neftçi” klubu mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına seviniblər.

Bununla da “Neftçi”nin böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/2016-cı il mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.

Xəbər 429 dəfə oxundu.