Cüdoçumuz Rüstəm Orucov dünya reytinqində birinci olub
Praqada keçirilmiş Avropa çempionatından sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb. Cüdoçularımızdan 4-ü ilk onluqda qərarlaşıb.

73 kiloqram çəki dərəcəsində qitə çempionatının bürünc medalını qazanan Rüstəm Orucov 1 pillə irəliləyərək reytinqdə birinci olub. Yarışın gümüş medalına sahib olan İrina Kindzerska (+78 kq) isə beşinci yerdən dördüncü pilləyə yüksəlib. Avropa çempionatının üçüncüsü Məmmədəli Mehdiyevin (90 kq) mövqeyi dəyişməz qalıb - 5-ci yer. Praqada yeddinci olan Elmar Qasımov (100 kq) da əvvəlki mövqeyində qalıb- 10-cu yer.

Digər cüdoçularımızdan Avropa çempionatının qızıl medalına layiq görülən Orxan Səfərovu (66 kq) xüsusi qeyd etmək lazımdır. O, 6 pillə irəliləyib və 16-cı yerdə qərarlaşıb. Hidayət Heydərov (73 kq) 11-ci, bir pillə geriləyən Zelim Kotsoyev (100 kq) 13-cü, iki pillə geriləyən Uşanqi Kokauri (+100 kq) 19-cudur.

Xəbər 456 dəfə oxundu.