“Qarabağ” yenə irəlidədir
UEFA klubların reytinq siyahısını yeniləyib. İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra siyahıda dəyişikliklər baş verib. Bu dəyişikliklər Azərbaycan klublarının da mövqelərinə və xallarına təsir edib. Hazırda siyahıda ölkəmizin 7 klubu yer alıb ki, ən yaxşı nəticə də “Qarabağ”a məxsusdur.

208. “Qarabağ” – 5,308
269. “Bakı” - 3,558
280. “Neftçi” – 3,308
290. “İnter” – 3,058
320. “Xəzər Lənkəran” - 2,558
379. AZAL - 1,558
379. “Simurq” – 1,558

Qeyd edək ki, cədvələ İspaniya “Barselona”sı başçılıq edir - 134,405 xal. Almaniya “Bavariya”sı 114,680, İngiltərə təmsilçisi “Mançester Yunayted” 113,764 xalla ilk “3-lüy”ü tamamlayır.

Xəbər 839 dəfə oxundu.