Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirilib
Noyabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə birgə 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirib.

Vebinarda KİV nümayəndələri iştirak ediblər.

Tədbiri AMADA-nın mətbuat katibi Vamiq Nəsirov açaraq vebinarın məqsədi barədə məlumat verib. O, əməkdaşlığa görə AİJF-yə təşəkkür edib və sözü qurumun rəhbəri Qabil Mehdiyevə verib.

Q.Mehdiyev ölkəmizin vətən müharibəsində qələbəsi münasibəti ilə iştirakçıları təbrik edib və tədbirin əhəmiyyətindən danışıb.

Vebinarın ilk hissəsində iştirakçılar maarifləndirici video ilə tanış olublar.

Tədbirdə AMADA-nın idmançıların antidopinq sahəsində hüquqi öhdəliklərinin yerinə yetirilməsinə kömək məqsədilə hazırladığı yeni nümunələr müzakirə edilib.

Bildirilib ki, bu, nümunələr idmançılara öz karyeraları ilə bağlı verdikləri qərarları hüquqi cəhətdən asanlıqla rəsmiləşdirməyə imkan verir.

Sonra iştirakçıları maraqlandıran məsələlər barəsində sual-cavab baş tutub.

Həmçinin, bildirilib ki, iştirakçılar bu təlim nəticəsində sertifikat əldə etməklə, öz federasiyalarında effektiv təlimlər keçirə biləcəklər.

Xəbər 419 dəfə oxundu.