Şahmatçılarımız onlayn paralimpiadada Monqolustan komandasını məğlub ediblər
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn paralimpiada davam edir.

Turnirdə iştirak edən Azərbaycan komandası artıq iki oyun keçirib. Belə ki, Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov, Nadejda Belyayeva, Edvard Sərdarovdan ibarət komandamız Hindistan yığmasına 3:1 hesabı ilə məğlub olsa da, ikinci turda eyni hesabla Monqolustan komandasına qalib gəlib.

Yarış İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir.

Xəbər 396 dəfə oxundu.