Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində keçiriləcək “Allstars” (Avstriya) – “Luxol St. Andrevs” (Malta) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, oyun noyabrın 28-də keçiriləcək.

Xəbər 313 dəfə oxundu.