Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb
Praqada start götürən Avropa çempionatında komandamız daha bir medal qazanıb.

73 kiloqram çəkidə mübarizə aparan Rüstəm Orucov rəqibi isveçrəli Nils Stumpı məğlub edərək bürünc medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl millimizin üzvü Orxan Səfərov (66 kiloqram) qızıl medala sahib olub.
Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Xəbər 511 dəfə oxundu.